"Bayern"in hücumçusu Robert Levandovski klubun idman direktoru Həsən Salihamiciçin yayda polşalı futbolçunun komandanı tərk etməyəcəyi ilə bağlı açıqlamasından narazı qalıb. Matc.az "Sport Bild"ə istinadən xəbər verir ki, polşalı hücumçunun "Bayern"in oyun modelindən razı qalmadığı üçün klubdan ayrılacağı gözlənilir.
 
Levandovski Salihamiciçin açıqlamasına qəzəblənib, çünki o, dəfələrlə "Bayern"i tərk etmək istəyi barədə ətrafına, klub rəsmilərinə danışıb.
 
İspaniyanın "Barselona" klubu polşalı futbolçunun xidmətində maraqlıdır.
 
33 yaşlı Levandovski "Bayern"ə 2014-cü ildə keçib. O, bu mövsüm bütün turnirlərdə 43 matçda 48 qol vurub və 6 məhsuldar ötürmə edib.
 
Levandovskinin "Bayern"lə müqaviləsi 2023-cü ildə başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest