Futbol üzrə Gürcüstan millisinin və Batumi "Dinamo"sunun hücumçusu Xviça Kvaratsxeliyanın İtaliyanın "Napoli" klubuna keçəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, Neapol təmsilçisinin prezidenti Aurelio De Laurentis 21 yaşlı hücumameylli yarımmüdafiəçini cari mövsümün sonunda transfer edəcəklərini təsdiqləyib.
 
İddiaya görə, gənc vinger yeni komandası ilə 5 illik müqavilə imzalayacaq. "Napoli" istedadlı oyunçu üçün Batumi klubuna 8 milyon avro təzminat ödəyəcək. Futbolçunun "Napoli"dəki illik məvacibi isə 1.1 milyon avro olacaq.
 
Xatırladaq ki, Xviça Kvaratsxeliya Batumi "Dinamo"suna Rusiyanın "Rubin" komandasından keçib. O, Kazan klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. Kvaratsxeliya Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest