Futbol üzrə Qazaxıstan çempionatında 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – "Turan" da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Atırau" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Turan" 8 turdan sonra 7 xalla 14 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest