İtaliya A Seriyasında 20-ci turdan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
 
Səfərdə "Fiorentina" ilə qarşılaşan "Udineze" 4 cavabsız qolla qalib gəlib. 8 qolun qeydə alındığı "Atalanta" – "Torino" matçında qalib müəyyənləşməyib.
 
çempionluq uğrunda mübarizə aparan "İnter" isə səfərdə "Bolonya" ilə qarşılaşıb. Milan təmsilçisi bu oyunda qələbə qazansaydı, əzəli rəqibi olan lider "Milan"ı qabaqlayaraq vahid liderliyi ələ keçirəcəkdi. Hesabı da məhz "İnter" açıb. Amma erkən qola görə ruhdan düşməyən "Bolonya" qalan dəqiqələrdə iki qol vurmaqla əzmkar qələbə qazanıb və "Milan"a çempionluq yolunda böyük bir yol açıb.
 
Beləliklə, bu nəticələrdən sonra "Milan" 74 xalla birinci, "İnter" 72 xalla ikincidir. "Fiorentina" 56 xalla 7-ci, "Atalanta" 55 xalla 8-ci, "Torino" 44 xalla 11-ci, "Udineze" 43 xalla 12-ci, "Bolonya" isə 42 xalla 13-cü pillədə qərarlaşıb.
 
İtaliya A Seriyası
20-ci turun oyunları
27 aprel
 
Fiorentina – Udineze 0:4
Qol: Mari, 12. Deulofeu, 36. Uollas, 90+1. Udoqi, 90+5.
 
Atalanta – Torino 4:4
Qol: Muriel, 18-pen; 84-pen. De Roon, 23. Paşaliç, 78 – Sanabriya, 4. Lukiç, 36-pen; 63-pen. Freuler, 67-öz qapısına.
 
Bolonya – İnter 2:1
Qol: Arnautoviç, 28. Sansone, 81 – Perişiç, 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest