Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 29-da keçiriləcək "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxarılıb.

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 29-da keçiriləcək "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündür.
 
Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 20:30-dək işləyəcək.
 
"Bakcell Arena"da baş tutacaq sözügedən qarşılaşmaya saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest