"Zirə"nin zədəli hücumçusu Filipe Paxtman sıraya dönüb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib

"Zirə"nin zədəli hücumçusu Filipe Paxtman sıraya dönüb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib. 22 yaşlı hücumçu zədələndiyi vaxtdan Premyer Liqaya qayıtmaq üçün mübarizə apardığını bildirib:
 
"Zədəmi tam sağaltmışam və artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, 2-3 həftədən sonra yenidən heyətə düşə bilərəm. Bu, mənim üçün böyük qələbə olacaq. Əminəm ki, yaxın gələcək daha gözəl olacaq və komandaya bütün hədəflərinə çatmaqda kömək edəcəyəm. Kifayət qədər gəncəm, Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam".
 
Xatırladaq ki, Filipe Paxtman ötən ilin sentyabrında zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest