Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, AFFA-nın bayrağı altında təşkil olunan turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Futzal üzrə Yüksək Liqanın "Araz" – "Alyans" FK oyununda "Araz"ın futzalçısı Dmitri Bondarev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın U-19 – "Baku Fire" oyununda "Baku Fire" komandasının futzalçısı Samir Mehdiyev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Advokat" – "Hövsan" oyununda "Hövsan" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
Futzal üzrə İkinci Liqanın "Borçalı" – "Star Karqo 2" oyununda "Star Karqo 2" komandasının futzalçısı Qalib Xasaylı sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyun matçın 8-ci dəqiqəsində yarımçıq dayandırıldığı üçün "Star Karqo 2" komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.
 
Futzal üzrə İkinci Liqanın "Zülfüqar" – "Baker Tilly" oyununda "Zülfüqar"ın futzalçısı Zaur Kazımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Xırdalan City" – "Gömrükçü" FK oyununda "Gömrükçü"nün futbolçusu Züleyxa Zamanlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Yüksək Qızlar Liqasının "Balxurma" – UGİM "Naftalan" oyununda "Balxurma"nın futbolçusu Mədinə Cuqayeva qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Kəngərli" – "Arpaçay" (Şərur) oyununda "Kəngərli"nin futbolçusu Siracət Rüstəmli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Xan Lənkəran" – "Füzuli" oyununda "Füzuli"nin futbolçusu Cavidan Musazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Cəbrayıl" – "Energetik" oyununda "Cəbrayıl"ın futbolçusu Nurlan Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Energetik"in rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb. Matçın 90+3-cü dəqiqəsində "Energetik"in futbolçusu Elvin Əlizadə hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanıb. Matçın 90+3-cü dəqiqəsində "Energetik"in futbolçusu Allahverdi Allahverdiyev hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanıb. Matçın 90+3-cü dəqiqəsində "Energetik"in futbolçusu Tural Məmmədzadə hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün 14 oyun cəzalanıb. Matçın 90+3-cü dəqiqəsində "Energetik"in cəzası davam edən futbolçusu Orxan Əlibabayev hakimlərə fiziki təsir göstərdiyi üçün 10 oyun cəzalanıb. Matçın 90+3-cü dəqiqəsində oyun yarımçıq dayandırıldığı üçün "Energetik"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Gənclər Liqasının "Keşlə" – "Sabah" oyununda "Sabah"ın futbolçusu Əli Əlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının İCBFA - "Zaqatala" oyununda İCBFA-nın futbolçusu Elmin Qaçaylı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. İCBFA-nın futbolçusu Fizuli Dəmirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. İCBFA-nın baş məşqçisi Elşən Ələsgərov texniki zona qaydaları pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Neftçi" – "Qarabağ" oyununda "Qarabağ"ın futbolçusu ömər Əsgərov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Neftçi" İK İB – İCBFA oyununda İCBFA-nın futbolçusu Sahil Haqverdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-16 Liqasının "Qarabağ" – "Sabah" oyununda "Sabah"ın futbolçusu Xəlil Mürsəlli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
U-16 Liqasının "Keşlə" – "Turan Tovuz" oyununda "Turan Tovuz"un futbolçusu Hüseyn Bayramzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Neftçi" – "Qəbələ" oyununda "Neftçi"nin baş məşqçisi İlyas Qurbanov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin futbolçusu Murad Mustafayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının İFA – "Mil-Muğan" oyununda İFA-nın futbolçusu Murad İslamzadə komanda yoldaşını təhqir etdiyinə və fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. İFA-nın futbolçusu Rahil İbrahimov komanda yoldaşını təhqir etdiyinə və fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb.
 
U-14 Liqasının "Araz" (Saatlı) – "Masallı" oyununda "Araz"ın futbolçusu Səbuhi Allahverdiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Həvəskar Liqasının "Bayil Rovers" – "çinar" (Zəngilan) oyununda "Bayil Rovers"ın futbolçusu Qismət Əhmədov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. "çinar"ın futbolçusu Rəhman Veysəlov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb. "çinar"ın futbolçusu Bilal Rəhimov kütləvi dava-dalaşda iştirak etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 6 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest