Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun öncəki tarixə çəkilmiş bir oyunu keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında "Mançester Yunayted" doğma meydanda "çelsi"ylə qarşılaşıb.
 
Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Hesabı saatın tamamında Marko Alonso açıb. Amma meydan sahibləri cəmi 2 dəqiqə sonra Kristiano Ronaldonun qolu ilə hesabı bərabərləşdirə biliblər. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
Bu heç-heçədən sonra "çelsi" 66 xalla 3-cü, "Mançester Yunayted" isə 55 xalla 6-cı pillədə qalıb.
 
İngiltərə Premyer Liqası
37-ci turun oyunu
28 aprel
 
Mançester Yunayted – çelsi 1:1
Qol: K.Ronaldo, 62 – M.Alonso, 60.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest