Türkiyənin "Qalatasaray" klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.
 
Məhkəmə "sarı-qırmızılar"da seçkinin sabah baş tutmayacağını bildirib.
 
Xatırladaq ki, İstanbul təmsilçisində hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almamasına görə prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest