İngiltərənin "Tottenhem" komandasının baş məşqçisi Antonio Konte azarkeşlərə müraciət edib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə görə bu addımı atıb:
 
"Saxta xəbərlərə qulaq asmayın. Komandaya problem yaratmaq istəyənlər var. Qarşıda bizi beş oyun gözləyir, mövsümün sonunda klubla danışacam. Biz ən yaxşı qərarı verəcəyik".
 
Kontenin London klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Onun Fransanın PSJ komandasına keçəcəyi iddia olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest