"Yuventus"un keçmiş baş məşqçisi Andrea Pirlo maraqlı açıqlama verib. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Pirlo "Milan"da çıxış etdiyi zaman komanda yoldaşı Cennaro Qattuzo ilə qəribə mərcə girdiklərini bildirib.
 
Pirlonun dediyinə görə, hadisə 2007-ci ildə baş verib:
 
"Bir dəfə mərc etdik. Qabıqsız çox böyük olan ilbizləri bilirsiz? Biz Cennaroya ilbizi diri-diri yeməyi təklif etdik. Əvəzində ona 10 min avro verəcəkdik. O, ilbizi götürüb uddu. Ondan sonra hamımızı öldürmək istədi".
 
Qattuzo 1999-2012, Pirlo isə 2001-2011-ci illərdə "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest