Futbol üzrə Qazaxıstan çempionatında 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – "Turan" da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Astana" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.
 
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin qolkiperi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Turan" 9 turdan sonra 8 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest