Futbol üzrə 1-ci divizionda 24-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Şamaxı"nın əvəzediciləri "Səbail-2" ilə oyunda 5 cavabsız qolla qalib gəlib. "Neftçi" ilə "Zirə"nin ikinci komandalarının oyununda da meydan sahibləri qələbəni bayram edən tərəf olub. "Zaqatala" isə "Sumqayıt"ın əvəzedicilərini minimal hesabla üstələyib.
 
Birinci Divizion
24-cü tur
1 may
 
Şamaxı-2 – Səbail-2 5:0
Qol: Emin Rüstəmov, 30-öz qapısına. Samir Abdullayev, 35. Kamal Kazımov, 43. Vüsal Qənbərov, 48. Qurban Səfərov, 87.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Tural Qurbanov
"ASK Arena", 16:00
 
Neftçi-2 – Zirə-2 1:0
Qol: Xəqani Sadıxov, 34.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
"Neftçi"nin məşq bazası (4-cü meydança), 16:00
 
Sumqayıt-2 – Zaqatala 0:1
Qol: Xəlil Bəşirov, 26.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kərim Zeynalov, Nicat İsmayıllı
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 16:00
 
2 may
 
Kəpəz – MOİK
Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov
Gəncə şəhər stadionu, 15:30
 
Qarabağ-2 – Sabah-2
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu, 16:00
 
Qaradağ Lökbatan – Qəbələ-2
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest