Almaniyanın "Ersgebirge" komandası növbəti mövsümdən etibarən üçüncü divizionda mübarizə aparacaq. Matc.az xəbər verir ki, Aue təmsilçisinin sona iki tur qalmış 2-ci Bundesliqanı tərk edəcəyi dəqiqləşib.
 
Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun da formasını geyindiyi komanda 32-ci tur çərçivəsində səfərdə "Darmştadt"a 0:6 hesabı ilə uduzub. Bu nəticədən sonra "Ersgebirge" sona iki tur qalmış 23 xalla 17-ci pillədə qərarlaşıb.
 
Nazarov komandasının aşağı liqaya düşməsi ilə bağlı fikirlərini bölüşüb. O, karyerasında ilk dəfə belə aqibətlə üzləşdiyini söyləyib:
 
"Bu, məni çox incidir. Komandadakı yetkin kişilərin bu səbəbdən ağladığını görmək inanılmazdır. Amma 32 oyunda 23 xal toplayırsınızsa, buna layiqsiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest