"İnter"in yarımmüdafiəçisi Marselo Brozoviç həmyerlisi İvan Perişiçin komandada qalmasını istəyir. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Perişiçin illik 4 milyon avro maaşla "İnter"lə müqaviləsini 2024-cü ilə qədər uzatması üçün tərəflər arasında danışıqlar aparılır.
 
Xorvat futbolçu özü də Milan klubunda qalmaq istəyir. Onun həmyerlisi Brozoviç də bunda israrlıdır.
 
Perişiç 2015-ci ildən "İnter"də çıxış edir. O, bu mövsüm A Seriyasında 32 oyuna çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi bu yay başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest