2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb. Matc.az xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı 12 dəfə fərqlənən 44 oyunçu daxil edilib

2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb. Matc.az xəbər verir ki, İFFHS-in cədvəlinə ən azı 12 dəfə fərqlənən 44 oyunçu daxil edilib. Siyahıya Kərim Benzema liderlik edir. O, Fransa millisi və "Real"da 22 qol vurub.
 
Benzemanın yığmadakı komanda yoldaşı, PSJ-nin hücumçusu Kilian Mbappe də 22 dəfə fərqlənib. Amma o, beynəlxalq matçlarda daha az qol vurduğundan, ikinci sıradadır.
 
İlk üçlüyü Robert Levandovski qapayır. Polşa millisinin və "Bayern"nin üzvü 20 qol vurub.
 
Siyahının ilk 20 pilləsində yer alan oyunçular bunlardır:
 
1. Kərim Benzema ("Real", Fransa) - 22
2. Kilian Mbappe (PSJ, Fransa) - 22
3. Robert Levandovski ("Bayern", Polşa) - 20
4. Mixael Olunqa ("Əl Duhail", Keniya) - 17
5. Ceymi Maklaren ("Melburn Siti", Avstraliya) - 16
6. Mehdi Taremi ("Portu", İran) - 16
7. Darvin Nunez ("Benfika", Uruqvay) - 16
8. çiro İmmobile ("Latsio", İtaliya) - 16
9. Kristofer Nkunku ("Leypsiq", Fransa) - 15
10. İxsan Fandi ("Pathum Yunayted", Sinqapur) - 15
11. Sadio Mane ("Liverpul", Seneqal) - 14
12. Qabriel Barboza ("Flamenqo", Braziliya) - 14
13. Odion İqalo ("Əl Hilal", Nigeriya) - 14
14. Əkrəm Afif ("Əl Sədd", Qətər) - 14
15. Vissam Ben Yedder ("Monako", Fransa) - 14
16. Martin Adam ("Paksi", Macarıstan) - 14
17. Frank Etuqa ("Asante Kotoko", Kamerun) - 14
18. Peter Ebimobovey ("Abahani", Nigeriya) - 14
19. Edmilson Junior ("Əl-Duhail", Belçika) - 13
20. Rafael Veyqa ("Palmeyras", Braziliya) - 13

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest