AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb. Matc.az xəbər verir ki, Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.
 
O, qrup mərhələsinin 6, həmçinin 1/4, yarımfinal və final oyunlarında iş başında olacaq.
 
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 16 may - 1 iyunda İsraildə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest