"Barselona" "Vulverhempton"dan icarəyə götürdüyü Adama Traore ilə bağlı qərar verib. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Traoreni saxlamaq istəmir.
 
"Barselona" 26 yaşlı vingeri 30 milyon avroya transfer etmək maddəsini aktivləşdirməyi düşünmür. Baş məşqçi Xavi də İspaniya millisinin üzvünün hücumu gücləndirəcək səviyyədə olmadığını düşünür. Bu səbəbdən, Traore mövsümün sonunda Premyer Liqa klubuna qayıdacaq.
 
Adama Traore bu mövsüm La Liqada keçirdiyi 9 oyunda 2 məhsuldar ötürmə verib.
 
Əvəzində "Barselona" mövsümün sonunda klubla müqaviləsi başa çatmaqda olan Osman Dembelenin gedişinin qarşısını almaqda qərarlıdır. Daha əvvəl PSJ-nin fransalı vingerə 17 milyon avro maaş və imza bonusu ilə müqavilə təklif etdiyi bildirilirdi. Dembele parislilərin təklifinə hələ ki, cavab verməyib. İddiaya görə, futbolçu üçün prioritet variant "Barsa" ilə daha sərfəli şərtlərlə müqaviləni uzatmaqdır.
 
Dembele 2017-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsi 2022-ci il 30 iyuna qədər qüvvədədir. Vinger bu mövsüm La Liqada 17 oyuna çıxıb, 1 qol vurub və 11 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest