İtaliya yığmasının sabiq baş məşqçisi Marçello Lippi A Seriyasında çempionluq uğrunda mübarizə haqqında fikirlərini bölüşüb. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Lippi, cari mövsümdə İtaliya çempionluğunu "Milan"ın qazanacağına inandığını deyib:
 
"Son iki ayda "İnter"in çempion ola biləcəyini düşünürdüm. Onlar favorit və daha qəzəbli görünürdülər. Ancaq Bolonyadakı matç hər şeyi dəyişdi. İndi "Milan"ın üstünlüyü var. Düşünürəm ki, çempionluq mübarizəsində "Milan" qalib gələcək. Mən bu komandanın baş məşqçisi Stefano Piolini bəyənirəm. O, əla təşkilatçılığı olan məşqçidir. Komandaya rahatlıq verir, müəyyən dərəcədə oxşarıq.
 
"İnter"in köhnə futbol oynadığını düşünmürəm. Simone İnzaqi resurslarını yaxşı idarə edir. O, "Bolonya" ilə oyunda səhv etdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest