"Kalyari"nin baş məşqçisi Valter Matsari istefa verib. Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
 
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv A Seriyasındakı son 8 matçın 7-də məğlub olub. Komanda hazırda 28 xalla 17-ci pillədə qərarlaşıb.
 
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. "Kalyari"ni bundan sonra Alessandro Aqostini çalışdıracaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest