FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimovu cəzalandırıb. Matc.az xəbər verir ki, buna səbəb 27 yaşlı yarımmüdafiəçinin Dç-2022-nin seçmə mərhələsində Lüksemburqla ev oyununda qonaqların futbolçusu Olivye Tillə qarşı kobudluq etməsidir. 
 
Tellur görüşün 21-ci dəqiqəsində rəqibə ayaqla zərbə endirib. Mütəllimov bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Nəticədə FİFA kobud oyuna görə Telluru 4 oyunlq cəzalandırıb. Həmçinin Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib.
 
Qeyd edək ki, noyabrın 11-i Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest