İngiltərə Premyer Liqasına yüksələn ikinci komanda müəyyənləşib. Matc.az xəbər verir ki, "Bornmunt" çempionşipin 33-cü turundan təxirə salınmış oyunda "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub etməklə elitaya yüksəlib.
 
2-ci pillədə qərarlaşan Skott Parkerin komandası xallarını 85-ə çatdırıb və sona 1 tur qalmış ən yaxın izləyicisi "Nottingem Forest" üçün əltaçmaz olub.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasına yüksələn ilk komanda tunir cədvəlinin lideri "Fulhem" olub. Digər komandanın adına pley-off matçlarından sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest