Tula "Arsenal"ının azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev legionerlərin Rusiya Premyer Liqasını tərk etməsi ilə bağlı fikirlərini bölüşüb. Matc.az "İzvestiya"ya istinadən xəbər verir ki, Quliyev, Rusiyanı tərk etməyənləri "kişi" adlandırıb:
 
"Bu barədə heç nə deməyəcəm. Nə vaxtsa bir-birimizi görsəydik, o zaman hamı bir-biri ilə danışardı: nə, necə, niyə? Rusiyada qalanlar isə hər halda, kişilərdir. Başqa nə demək olar? Yalan danışmayacam: Zuriko Davitaşvili (gürcüstanlı futbolçu) komanda ilə vidalaşmadı".
 
Quliyev Moskva "Spartak"ının yetirməsidir. O, bu mövsüm 23 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest