Futbol üzrə Yunanıstan Super Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, XXX turdan təxirə salınmış oyunda PAOK-a 2:1 hesabı ilə qalib gələn "Olimpiakos" vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
 
32 turdan sonra aktivində 76 xalı olan Pirey təmsilçisi ən yaxın izləyicisi olan Saloniki klubunu 16 xal qabaqlayır. PAOK-un son 4 turda xal fərqini aradan qaldırması mümkün deyil.
 
Ardıcıl 3-cü, ümumilikdə isə 47-ci dəfə Yunanıstan çempionu olan "Olimpiakos"da "Neftçi"nin sabiq futbolçusu Mamadu Kane də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest