Bakıda təlim-məşq toplanışını davam etdirən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, "Neftçi"nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:2 hesablı qələbə qazanıb.
 
ümid Səlimovun het-trik etdiyi oyunda U-15-in digər qolunu Hüseyn Vəlizadə vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest