"Barselona"nın müdafiəçisi Jerar Pike növbəti matçlarda iştirak etməyəcək. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Pike "Malyorka" ilə matçda zədələnib. Onun sol budundakı zədədən əziyyət çəkdiyi bildirilir.
 
35 yaşlı Pike bu mövsüm 40 oyuna çıxıb və 3 qol vurub.
 
"Barselona" mayın 7-də səfərdə "Betis"lə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest