AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi məkan müəyyənləşib. Matc.az xəbər verir ki, "Cəbrayıl" və "Qusar" komandaları arasında keçiriləcək ilk yarımfinal oyunu mayın 14-də saat 16:00-da "ASK Arena"da keçiriləcək.
 
"Xan Lənkəran" və "Araz Naxçıvan" komandaları arasında keçiriləcək ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda təşkil olunacaq.
 
Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə final qarşılaşması baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest