Deviçin ikinci sarı vərəqə aldığı epizod barədə dəqiq bir söz deyə bilmərəm. Onun kimi peşəkar futbolçunun Azərbaycanda olması qürurvericidir. Hansısa cəza verməyi düşünmürəm

"Belə oyun barədə danışılası çox şey var. İkinci görüşdür ki, qırmızı vərəqə alırıq. Amma bunun intizamsızlqdan irəli gəldiyini deməzdim". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.

Topaz Premyer Liqasının XVI turunda dogma meydanda "Qəbələ" ilə görüşən paytaxt klubu meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Oyundan sonra mətbuat konfransında sualları cavablandıran Əhmədov azlıqda qalmaqlarına rəğmən, rəqibə qarşı yaxşı müqavimət göstərdiklərini deyib: "Deviçin ikinci sarı vərəqə aldığı epizod barədə dəqiq bir söz deyə bilmərəm. Onun kimi peşəkar futbolçunun Azərbaycanda olması qürurvericidir. Hansısa cəza verməyi düşünmürəm".

Əhmədov "transfer pəncərəsi" bağlanmasına baxmayaraq, azad agent statusu daşıyan hücumçu axtardıqlarını da vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest