"Real"ın və "Barselona"nın keçmiş futbolçusu Mikael Laudrup Madrid klubunun çempionlar Liqasının finalına yüksəlməsi haqda danışıb. Matc.az xəbər verir ki, Laudrup "kral klubu"nun etdiklərini "inanılmaz" adlandırıb:
 
"Real"ın çox uzun və zəngin avropakubok tarixi var. Komandanın keçmişdə də gözəl geridönüşləri olub. Amma bu mövsüm baş verənlər inanılmaz görünür: 1/8 finalda, 1/4 finalda, yarımfinalda… Bu, üç dəfə ardıcıl baş verdi. PSJ və "Mançester Siti" daha yaxşı oynadı, amma yenə də finalda "Real"dır.
 
Söz tapmaq çətindir. Biz PSJ-ni, "çelsi"-ni, indi də "Mançester Siti"ni gördük. Bütün bunlar təsadüf deyil".
 
"Real" çempionlar Liqasının yarımfinalında "Mançester Siti"ni mübarizədən kənarlaşdırıb. "Kral klubu" çL-in finalında "Liverpul"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest