Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviçin Premyer Liqa turu davam edir. Matc.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Masazırdan birbaşa Sumqayıta yollanıb.

Belə ki, "Sabah" – "Qəbələ" görüşünü AFFA-nın baş katibi Elxan Məmmədovla birlikdə izləyən Yurçeviç "gənclik şəhəri"ndə "Sumqayıt" – "Qarabağ" matçına yerində tamaşa edəcək.

"Kapital Bank Arena"da keçirilən görüşə o, yerli komandanın prezidenti Riad Rəfiyev ilə birgə baxır.

Qeyd edək ki, sözügedən oyunda hələlik hesab açılmayıb – 0:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest