Futbol üzrə Niderland 2-ci liqasında 38-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Roda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 3:4.
 
Ozan da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Həmin vaxt 3:2 hesabıyla öndə olan "Telstar" qalan dəqiqələrdə 2 qol buraxmaqla ardıcıl dördüncü oyunda xalsız qalıb.
 
"Telstar" 38 oyuna topladığı 35 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest