"Qəbələ"nin braziliyalı hücumçusu Rafael Utziq ölkəsinin mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri matçdan danışan futbolçu vurduğu qolun avrokuboklara vəsiqə qazanmaq istədiklərini gizlətməyib:
 
"Bu oyunda vurduğu qol komandam üçün önəmli idi. Artıq bütün diqqətimizi son 3 qarşılaşmaya yönəltmişik. Yenidən qalib gəlmək və avrokubok uğrunda mübarizəni davam etdirmək vacibdir".
 
"Qəbələ" hazırda 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda növbəti 3 matçını "Neftçi", "Şamaxı" və "Sabah"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest