Futbol üzrə Türkiyə Super Liqasını tərk edən daha iki komanda bəlli olub. Matc.az xəbər verir ki, ötən gecə 36-cı tur çərçivəsində baş tutan "Qaziantep" - "Kayserispor" matçında qeydə alınan heç-heçə (1:1) ilə bütün elitanı kimlərin tərk edəcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.

Futbol üzrə Türkiyə Super Liqasını tərk edən daha iki komanda bəlli olub. Matc.az xəbər verir ki, ötən gecə 36-cı tur çərçivəsində baş tutan "Qaziantep" – "Kayserispor" matçında qeydə alınan heç-heçə (1:1) ilə bütün elitanı kimlərin tərk edəcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.
 
Bu heç-heçə sayəsində xalını 43-ə çatdıran "Qaziantep" elitadakı yerini qorudu. Hazırda bu komanda 20 iştirakçı arasında 43 xala malikdir.
 
Əvəzində 33 xalı olan "Altay" və "Rizəspor"un elitanı tərk edəcəyi dəqiqləşib. Daha öncə "Yeni Malatyaspor" (20) və "Göztəpə" (28) də aşağı liqaya düşmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest