"Qəbələ" ilə oyunumuz hər zaman ağır keçib. Bu gün də təsdiqləndi". Matc.az saytının məlumatına görə, bu sözləri Cavid İmamverdiyev deyib.

Topaz Premyer Liqasının XVI turunda evdə "Qəbələ" ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan "Sabah"ın kapitanı matçdan sonra fikirlərini bölüşüb.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, 45+1-ci dəqiqədə Marko Deviçin qırmızı vərəqə almasından sonra durumları daha çətinləşib: "Bundan sonra da toparlana bilərdik. Heç-heçəlik oyun idi. Hücumçumuzu itirdik, alınmadı. çalışacağıq ki, növbəti turda "Səbail" ilə qarşılaşmada bu oyunu unutduraq".

- Deviçini ikinci dəfə simulyasiyaya görə sarı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiniz?

- Hakimdir, qərar veribsə, elədir. Əlbəttə, belə epizodlarda kapitan kimi etirazını bildirməlisən.

- Ancaq videotəkrarda simulyasiya olduğu görünür...

- Görsən də belə, vərəqə verməməsi üçün hakimə etiraz etməlisən.

- Komandanı pis durumda qoyuğu üçün Deviçə etirazınızı bildirdiniz?

- Futboldur, onun yerinə hamı ola bilərdi. Marko o qədər oyunda bizi qurtarıb, qələbə qazanmışıq. Onu qınamalı olduğumuzu düşünmürəm. O da penalti qazanmağımızı istəyirdi. Heyif ki, belə alındı.

- Uduzmaqla bir pillə gerilədiniz. Bu, sizi qorxutmur?

- Xeyr, hədəfimiz Premyer Liqada qalmaqdır. Xallar qazanaraq, bunu bacaracağımıza inanıram.

- Ardıcıl iki oyundur azlıqda qalırsınız. Komandada intizamsızlıq var?

- Qırmızı vərəqləri intizamsızlığa bağlamaq istəmirəm. Hər ikisi oyun epizodudur. Kimsə kimisə gedib vurmur ki, nizam-intizamın olmadığını deyəm. Elşad Əhmədov elə nizam-intizam yaradıb ki, hansısa futbolçunun qaydalara riayət etməyəcəyinə inanmıram.

- Amma uzun müddət azlıqdan oynayanda planlar pozulur...

- Yenə deyirəm, intizamsızlığa bağlamaq istəmirəm. Futboldur, hər şey ola bilər. Penalti almaq istəyirdi, alınmadı.

- Hakim qərarları oyunun nəticəsinə təsir göstərdi?

- Hakim haqda heç nə demək istəmirəm. Bu barədə danışmağı sevmirəm, danışmayacağam da. Hakimlərin də öz rəhbərlikləri var, qərarı onlar verəcək. Necə məsləhətdirsə, elə də olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest