Bu gün keçiriləcək 2 oyunla futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünə yekun vurulacaq. Matc.az xəbər verir ki, indiyə qədər "Araz" (Naxçıvan) 15 dəfə hamıdan güclü olub.
 
ötən mövsüm isə çempionat keçirilməyib və İcraiyyə Komitəsinin qərarı ilə bir il əvvəlki çempion – "Araz" UEFA çempionlar Liqasında ölkəmizi təmsil edib.
 
Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət "Avtomobilçi" və "Turan AİR"dən gedir. İlk çempion isə "Nicat" olub. "Araz" ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı "Khazar Islands" qırıb. 
 
Bu, sayca 28-ci ölkə çempionatıdır. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odur ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib.
 
İndiyə qədər keçirilmiş çempionatların qaliblərini diqqətinizə çatdırırıq:
 
1993 - "Nicat"  (Bakı)
1994/95 - "Azadə"
1995/96 - "Avtomobilçi"
1996/97 - "Avtomobilçi"
1997/98 - "Avtomobilçi"
1998/99 - "Azərneftyanacağ"
1999/00 - "Azərneftyanacağ"
2000/01 - "Turan AIR"
2001/02 - "Turan AIR"
2002/03 - "Tribut"
2003/04 - "Turan AIR"
2004/05 - "Araz-Naxçıvan"
2005/06 - "Araz-Naxçıvan"
2006/07 - "Araz-Naxçıvan"
2007/08 - "Araz-Naxçıvan"
2008/09 - "Araz-Naxçıvan"
2009/10 - "Araz-Naxçıvan"
2010/11 - "Araz-Naxçıvan"
2011/12 - "Araz-Naxçıvan"
2012/13 - "Araz-Naxçıvan"
2013/14 - "Araz-Naxçıvan"
2014/15 - "Khazar Islands"
2015/16 - "Araz-Naxçıvan"
2016/17 - "Araz-Naxçıvan"
2017/18 - "Araz-Naxçıvan"
2018/19 - "Araz-Naxçıvan"
2019/20 - "Araz-Naxçıvan"
2020/21 – çempionat keçirilməyib
2021/22 - ?

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest