Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt yığma komandası Azərbaycan millisi ilə növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Bakı "Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
 
Bu komandalar arasında növbəti oyunlar mayın 8-də və 11-də olacaq.
 
Xatırladaq ki, millimiz Küveyt yığması ilə ilk qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest