AFFA-nın təşkil etdiyi U-15 Liqasında mövsümə yekun vurulub. Matc.az xəbər verir ki, "Sabah" son turda "Şamaxı"nı Elgün İsaqov, İbrahim Xəlilov və Sakit Məmmədovun qollarıyla 3:0 hesabıyla məğlub edib.

Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "Sabah"ın U-15 komandası mövsümü çempion kimi başa vurub.
 
Qeyd edək ki, bir neçə gün öncə "Sabah"ın U-16 komandası da öz liqasında çempion olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest