Futzal üzrə Yüksək Liqada cari mövsümü gümüş medalla başa vuran EKOL komandası 6 ildən sonra ən yaxşı uğurunu qazanmış oldu. Matc.az xəbər verir ki, "yaşıllar" sonuncu dəfə "gümüş"ə 2015/16-cı il mövsümünün sonunda sahib çıxmışdı.
 
Sonrakı illərdə dəfələrlə bürünc medal qazanan EKOL ölkə kubokunu da başı üzərinə qaldırmağı bacarıb. Amma çempionatdakı son 6 ildəki ən yüksək nəticəsini cari mövsümün sonunda əldə edib. 
 
EKOL Yüksək Liqanın 2021/22 mövsümünün final oyununda yenilməklə qızıl medal qazanmaq şansını əldən verib. çempionatın əsas mərhələsində keçirdiyi 21 oyunun 16-da qələbə qazanan, bir görüşdə heç-heçə edən komanda 49 xalla ikinci pillənin sahibi kimi pley-offa vəsiqə qazanıb. Pley-offda isə "Neftçi" İK-nı 2 matçda yenən "yaşıllar" finalda oynamaq hüququ qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest