Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsinin püşkü iyulun 6-da atılacaq. Matc.az xəbər verir ki, qrup oyunları 2023-cu il martın 8-dək yekunlaşacaq.

Final mərhələsi 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsinin püşkü iyulun 6-da atılacaq. Matc.az xəbər verir ki, qrup oyunları 2023-cu il martın 8-dək yekunlaşacaq.
 
36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa səpələnəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq. 
 
Əsas mərhələ iştirakçıları arasında Rusiya yığması olmayacaq. Onları UEFA İcraiyyə Komitəsinin qəraı ilə ilkin mərhələdə ən yaxşı göstəriciyə sahib olan Norveç millisi əvəzləyəcək.
 
36 iştirakçı komanda bunlardır: İspaniya, Portuqaliya (son qalib), Qazaxıstan, Xorvatiya, Serbiya, Azərbaycan, İtaliya, çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya və Şimali Makedoniya, Avstriya, Kipr, Danimarka, Almaniya, Yunanıstan, İsrail, Kosovo, Litva, Moldova, Monteneqro, İsveç, Ermənistan və Norveç.
 
20 komanda 5 qrupda
 
Elit raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq. 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 "ikinci" isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 "ikinci" vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il yanvarın 25-də, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.
 
Dünya çempionatının final mərhələsində ümumilikdə 24 komanda iştirak edəcək. Azərbaycan milli komandası mundialda 2016-cı ildə debüt edib və mübarizəni 1/4 finalda dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest