Türkiyənin "Bursaspor" klubu TFF 1-ci liqada yeni rekordla diqqət mərkəzinə düşüb. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun da formasını geyindiyi bu komanda 36-cı tur çərçivəsində doğma meydanda "ümraniyəspor"la qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2. Sözügedən qarşılaşmada Bursa təmsilçisini dəstəkləmək üçün arenaya 35 mindən çox azarkeş gəlib. Bu isə TFF 1-ci liqa tarixində yeni rekord kimi tarixə düşüb.
 
Qeyd edək ki, Namik də bu görüşün 75-ci dəqiqəsindən etibarən meydanda olub. Məhz onun meydana çıxmasından sonra komandası əlavə vaxtda qələbə qolunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest