Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. Matc.az xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
 
Aktivində 136 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 7 pillə irəliləyərək 99-cu yerə yüksəlib. Ağdam təmsilçisi Cənubi Afrikanın "Mamelodi Sandaunz", Almaniyanın "Bayer" (Leverkuzen) klubları ilə eyni xala malikdir.
 
"Ağ-qaralar" isə 87 xalla 237-ci mövqedən 221-ci sırayadək irəliləyib. "Neftçi" "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xalı toplayıb.
 
İlk "3-lük"də 305 xalla "çelsi" (İngiltərə), 304 xalla "Atletiko Mineyro" və 296 xalla "Palmeyras" (hər ikisi Braziliya) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest