Bu sözləri "Sabah" klubunun futbolçusu Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı "Terra" nəşrinə açıqlamasında deyib.

"Oranı tərk etmək üçün çox çətin anlar yaşadım. Bu, fiziki vəziyyətimin bir hissəsini aldı". Matc.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun futbolçusu Lukas Rangel Ukraynadan ayrılması ilə bağlı "Terra" nəşrinə açıqlamasında deyib.
 
26 yaşlı futbolçu müharibə səbəbindən çox problemlərlə üzləşdiyini bildirib:
 
"Bir neçə gün düzgün qidalanmadım, yatmadım, gəzmədim və məşq etmədim. Psixoloji problemlərim oldu. Şübhəsiz ki, yaşadıqlarım çox ağırdır.
 
Son bir neçə oyunda özümü daha yaxşı hiss edirəm və inkişaf etdiyimi görürəm".
 
Braziliyalı hücumçu "Səbail"ə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 26-cı tur oyunundakı qolu barədə də danışıb:
 
"Bu qolu əvvəldən vurmaq istəyirdim, amma top qapıya girməməkdə israr edirdi. Sevinirəm ki, fərqlənə bildim. Qol həmişə sevincə səbəb olur. ümid edirəm ki, qol vurmağa və "Sabah"a kömək etməyə davam edəcəm".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest