Dortmund "Borussiya"sının hücumçusu Erlinq Halandın "Mançester Siti"yə transferi bu həftə ərzində açıqlanacaq. Matc.az xəbər verir ki, norveçli futbolçu artıq İngiltərə klubunda tibbi baxışdan keçib.
 
"Şəhərlilər" 21 yaşlı hücumçunun həkim müayinəsini Dortmundda təşkil edib. Klublar arasındakı anlaşmaya əsasən, MS bir neçə saat ərzində "Borussiya"ya 75 milyon avroluq ödənişi edərək, Halandın sərbəst qalma maddəsini aktivləşdirəcək.
 
Haland "Borussiya"ya 2020-ci ildə "Zalsburq"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest