İspaniyanın "Barselona" klubu yayda hücumçusu Memfis Depayla yollarını ayırmaq niyyətindədir. Matc.az xəbər verir ki, bu barədə "sport.es" saytı məlumat yayıb.
 
Mənbənin məlumatına görə, Kataloniya klubu komandanı gücləndirmək və əlavə maliyyə vəsaiti qazanmaq üçün 28 yaşlı niderlandlı futbolçunu satmağa hazırdır.
 
Depayın "Barsa" ilə hazırkı müqaviləsi gələn mövsümün sonunda başa çatır.
 
Depay 2021-ci ilin yayında azad agent kimi "Barselona"ya keçmişdi.
 
O, bu mövsüm La Liqada 25 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest