2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin təqvimi açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin açılış oyunu iyunun 14-də Münhendəki "Alyans-Arena"da keçiriləcək.
 
Final qarşılaşması isə iyulun 14-də Berlindəki "Olimpiaştadion" arenasında gerçəkləşəcək.
 
İlk dəfə olaraq davamlılıq turnirin reqlamentinə meyar kimi daxil edilib və nəticədə üç məkan klasteri yaradılıb: Şimal/Şimal-Şərq (Berlin, Hamburq, Leypsiq), Qərb (Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Köln) və Cənub (Frankfurt, Münhen, Ştutqart).
 
Hər qrupda görüşlər yalnız iki klasterdə oynanılacaq ki, bu da komandalar və azarkeşlər üçün ev sahibi şəhərlər arasında məsafəni azaldacaq, komandaların baza düşərgələrindən matçların keçiriləcəyi yerlərə qatar və ya avtobusla gediş-gəlişini asanlaşdıracaq.
 
Aç-2024-ün final mərhələsi 14 iyun-14 iyulda təşkil olunacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest