Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, "Liverpul" səfərdə "Aston Villa" ilə qarşılaşıb.
 
üç qolun qeydə alındığı oyun "Liverpul"un qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində "qırmızılar"ın lider "Mançester Siti" ilə xalları bərabərləşib – 86. Lakin ehtiyatda da bir oyunu olan mançesterlilər daha yaxşı göstəriciləri olduğu üçün zirvədə qərarlaşıblar. "Aston Villa" isə 43 xalla 11-ci pillədə qalıb.
 
İngiltərə Premyer Liqası
33-cü turun oyunu
10 may
 
Aston Villa – Liverpul 1:2
Qol: D.Luis, 3 – Matip, 6. Mane, 65.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest