İspaniyanın "Atletik" klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
36 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb.
 
İspaniya millisinin sabiq üzvü 2015-ci ildə "Atletiko"dan "Atletik"ə keçib. O, bu mövsüm 39 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest