"Liverpul"un baş məşqçisi Yurgen Klopp Dortmund "Borussiya"sının hücumçusu Erlinq Halandın "Mançester Siti"yə keçidinə münasibət bildirib. Matc.az xəbər verir ki, o, Halandın yaxşı oyunçu olduğunu söyləyib:
 
"Haland yaxşı oyunçudur. "Mançester Siti" heç vaxt bir futbolçu sayəsində matçlarda qalib gələn komanda olmayıb və olmayacaq. Onların xüsusi oyun tərzi var. Haland Dortmundda bir neçə dəfə zədələnsə də, o, əsl heyvandır. Təəssüf ki, bu, həqiqətən də "Mançester Siti" üçün yaxşı transferdir".
 
Mayın 10-da "Mançester Siti" Halandın transferini elan edib. Norveçli futbolçu növbəti mövsümdən "şəhərlilər"də oynamağa başlayacaq. Onun Mançester klubu ilə müqaviləsi 5 illik olacaq.
 
21 yaşlı norveçli bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 29 oyunda 28 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest