"Mançester Yunayted"in yeni baş məşqçisi Erik ten Haq komandasının məzuniyyətini qısaltmaq qərarına gəlib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis gələcək futbolçularının fiziki hazırlığından narazı olduğu üçün onları məzuniyyətdən iki həftə əvvəl geri çağıracaq.
 
"Mançester Yunayted"in futbolçularının yeni cədvələ uyğun olaraq, iyunun 20-də məşqlərə qayıtması gözlənilir.
 
Hazırda "Ayaks"ı çalışdıran Erik ten Haq mövsümün sonunda "qırmızı şeytanlar"ın baş məşqçi postunu tutacaq.
 
"Mançester Yunayted" Premyer Liqanın 37 turundan sonra 58 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest