Futbol üzrə Ukrayna milli komandasının yoxlama oyunları keçirəcəyi növbəti rəqiblər bəlli olub. Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Aleksandr Petrakovun rəhbərlik etdiyi milli komanda Dç-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədilə İtaliyada "Empoli" ilə üz-üzə gələcək. Qarşılaşma mayın 17-də baş tutacaq. Yığma bir gün sonra Xorvatiyada "Riyeka" ilə görüşəcək.
 
Xatırladaq ki, Ukrayna millisi bu gün Almaniyada "Borussiya" (Mönhenqladbax) komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest